
Niyazi Abbasov , ACCA
Niyazi Abbasov 1983-cü ildə anadan olmuşdur. O
Azərbaycan Dövlət İqtisad Universitetini və INSEAD-ı (Fransa) bitirib. Maliyyə
və Biznes sahələrində təqribən 15 illik əvəzsiz təcrübəyə malikdir. Əvvəllər
tutduğu vəzifələr arasında xüsusən aşağıdakıları qeyd etmək olar: Gilan
Holdinqdə (FMCG Group) Maliyyə direktoru, Modern Group-da Maliyyə direktoru və PWC (PricewaterhouseCoopers)-ın
Audit və Məsləhət şöbələrində menecer. Bundan əlavə, o, ACCA-nın (Sertifikatlı
Sertifikatlı Mühasiblər Birliyi) üzvüdür. Hal-hazırda ADA Universitetinin MBA
proqramında İdarəetmə Maliyyəsi mövzusunda mühazirələr də oxuyur.