Büdcə Planlaması
Təlim Haqqında
Büdcə Planlaması təlimi büdcəni tərtib etmək üçün anlayışlar, metod və üsulların teoretik və praktik cəhətdən nəzərdən keçirilməsinə yönəldilmişdir. Təlim zamanı iştirakçılar büdcə tərtibatı prosesini, meydana çıxan problemləri həll
etmək və bu prolemlərin həll edilməsi zamanı tələb edilən bilik və bacarıqlara yiyələnəcəkdirlər. Korporativ strategiya ilə büdcə planlamasının bir-birilə sıx əlaqəli olmasını nəzərə alaraq, hər bir şirkət üçün düzgün şəkildə büdcə tərtibinin,təhlilinin və idarə edilməsinin çox mühüm olduğunu vurğulamaq məqsədəuyğundur.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Büdcənin nə olduğunu anlamaq, onları necə tərtib etmək və
investorlara təqdim edə bilmək;
- Büdcə
tərtib edərkən müxtəlif üsul və texnikalardan istifadə etmək;
- Proqnazlaşdırma
texnikalarını inkişaf etdirmək;
- İcmal büdcə yaratmaq və digərləri ilə arasında olan əlaqəni anlamaq;
- Strateji bir çərçivə daxilində büdcə tərtib etmək.
Kimlər iştirak edə bilər?
- Kiçik və orta sahibkarlıq subyektlərinin,
Startupların və xeyriyyə təşkilatlarının maliyyə qaynaqlarını idarə etmək və təşkil etmək üçün məsuliyyət daşıyan şəxslər;
- Proqnozlaşdırma və büdcə planlamasını öyrənmək istəyən şəxslər.
Əhatə ediləcək mövzular:
- Büdcə
tərtibinə giriş: Xərc-həcm-mənfəət təhlili;
- Xərc
amilləri: Fəaliyyətə əsaslanan Qiymət Sistemi;
- Master
Büdcə: Birbaşa material və birbaşa əmək büdcəsi; COGS Büdcəsi; İstehsalat büdcəsi;
Gəlir büdcəsi; Satış və İnzibati xərclər büdcəsi;
- Strategiya:
Qiymətləndirmə qərarı və xərclərin idarə edilməsi; Mənfəətliliyin təhlili; Məhdudiyyətlərin
keyfiyyəti, vaxtı və nəzəriyyəsi;
- Praktik hissə: İcmal büdcənin qurulması.
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim
dili: Azərbaycan
- Davamiyyət: 22 saat