MS PowerPoint
Təlim Haqqında
Microsoft PowerPoint müxtəlif sahələrdə peşəkar təqdimatlar yaradaraq dinləyiciyə istədiyiniz mesajı dəqiq çatdıra bilmək üçün istifadə edilən standart tətbiqdir. Təlim zamanı qabaqcıl mətn redaktə funksiyaları, qrafika,
media və animasiyaların necə qurulacağı,dizayn şablonları və slayd şoulara dəyişiklik etmə qaydaları öyrədilir.
Əhatə ediləcək mövzular:
- PowerPoint ilə tanışlıq: PowerPoint
imkanları; Müxtəlif rejimlərdə slaydlarla işləmək; Mətnlə işləmək; Mətn obyektlərinin
dizayn qaydaları;
- Əsas iş üsulları: Qrafikin əlavəsi;
Struktur diaqramların, sadə diaqramların yaradılması; Slaydların dizaynını dəyişdirmək;
Rənglər və palitralar, faydalı tövsiyələr; Şriftlərin quraşdırılması və işlənməsi;
Slayd dizayn şablonlarının inkişafı; PowerPoint-da media və animasiya; Multimedia
təqdimatın yaradılması; Animasiya effektləri əlavə etmək; Slayd şousuna vaxt əlavə
etmək; Tam ekran görüntüsünü idarə etmək; Çap təqdimatı; İnternetdə təqdimat dərc etmək; Təqdimat qablaşdırması;
Foto şəkilləri və foto mənbələri ilə işləmək; Sadə və mürəkkəb formalı
maskalarla işləmək; Şəkillər, kontur və ox parametrləri üslublar ilə işləmək; İnteraktiv
elementlər və düymələr yaratmaq; Bağlantıları, qeyri-adi həlləri, müxtəlif faydalı
animasiyaların nümunələrini daxil etmək;
- Təlim təqdimatlarının yaradılması: Hazır təqdimatlar.
Sertifikat:
- Təlim
bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim
Dili: Azərbaycan
- Davamiyyət: 10 saat