İnsan Resurslarının İdarəedilməsi
Təlim Haqqında
Əgər siz yenicə təyin edilmiş İnsan
Resursları (İR)meneceri yaxud insan resursları
sahəsində yenicə işə başlamısınızsa və
yaxud da ümumiyyətlə bu sahədə çalışmır, lakin bu sahəyə aid müəyyən vəzifə
öhdəlikləriniz varsa o halda bu təlim sizə lazım olam əsas bilikləri verə
bilər. Təlim vasitəsilə siz zəruri kadr funksiyalarını başa
düşə və təşkilatınızda tətbiq etmək üçün bir plan hazırlaya biləcəksiniz.
Bu kompleks təlim sizə İnsan
Resurslarının müasir həyatda yenilənmiş rolunu göstərməklə yanaşı, öz bilik və
bacarıqlarınızı müxtəlif sahələrdə sınaqdan keçirməyə şərait yaradacaqdır.
Bunlar aşağıdakılardır:
- Vəzifə öhdəlikləri
- İstedadların qazanılması (İşə qəbul)
- İstedadların qiymətləndirilməsi
(Performansın İdarəedilməsi)
- İstedadların inkişafı (Kouçinq və
Liderliyin inkişafı)
- İstedadların ölçülməsi (Kompensasiya) və
s.
- Vəzifə öhdəlikləri
- İstedadların qazanılması (İşə qəbul)
- İstedadların qiymətləndirilməsi (Performansın İdarəedilməsi)
- İstedadların inkişafı (Kouçinq və Liderliyin inkişafı)
- İstedadların ölçülməsi (Kompensasiya) və s.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Təşkilatın müvəffəqiyyətli fəaliyyətinə mühüm töhfə verən İR-ın rolunu anlamaq;
- Yüksək istedadları cəlb etmək və onları saxlamaq üçün strategiyalar hazırlamaq;
- Performansın idarə olunması və aşağıdan yuxarıya doğru nəticə verən kompensasiya, təlim və fayda sistemlərinin yaradılması üçün ən yaxşı təcrübələri araşdırmaq;
- Həm qanuni tələbləri, həm də işinizin ehtiyaclarını nəzərə alaraq potensial problemləri müəyyənləşdirmək və həll etmək;
- İnsan Resurslarına dair məsələləri təhlil etmək və təşkilatınınzda həyata keçirə bilməyiniz üçün fəaliyyət planı hazırlamaq;
- İnsan Resurslarına aid və aid olmayan funksiyaların istənilən təşkilatda effektiv, tamamlayıcı iş mühitinin yarada bilməsinin şahidi olmaq.
Kimlər iştirak edə bilər?
- İR sahəsində təcrübəsi olmayan lakin bu sahədə karyera qurmaq niyyətində olan şəxslər;
- İR sahəsində yeni işə başlamış şəxslər yaxud bu sahədə böyük təcrübəsi olmayan mütəxəssislər;
- Müasir biznes mühitində İR sahəsinin roluna qısa bir müddət ərzində nəzər salmaq istəyən İR mütəxəssisləri.
Sertifikat:
- Təlim bitdikdən
sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 36 saat