Effektiv Satış Texnikaları

Təlim Haqqında

Satış təlimi satış sahəsində çalışan mütəxəssislərə potensial müştərilərlə görüşməyə effektiv hazırlaşmaqda, daha məhsuldar satış danışıqlarının aparılmasında sövdələşmələri asanlıqla bağlamaqda kömək edən texnikalar təqdim edir.
Hal-hazırda mövcud olan yüksək dinamik rəqabətli bazar iqtisadiyyatı şəraitində bütün şirkətlər daha böyük bazar payını almağa çalışırlar. Müştəri hər zaman ön planda olduğu üçün satış işçilərinin satdıqları məhsulların yaxud xidmətlərin xüsusiyyətlərini üstünlüklərini necə vurğuladıqlarını tapmaq mühüm əhəmiyyət kəsb edir. Bu amil təlim proqramımızın əsas elementidir.
Bu təlim hətta təcrübəli satış mütəxəssislərinin belə satış qabiliyyətlərini artırır mövcud olan imkanlardan maksimum səviyyədə istifadə edərək biznesi tez bir zamanda genişləndirmək yollarını göstərir.  

Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər: 

      • Satış hədəfinə bağlılığı şərtləndirən satış təfəkkürü və münasibətləri inkişaf etdirmək;
      • Satış mütəxəssisinin rolunu və konsultativ satış yanaşmasını anlamaq;
      • Satış dövrünü alıcıların prosesi və alış davranışları ilə rahatlıqla təmin etmək;
      • Yeni iş imkanları üçün perspektivləri və potensial müştəriləri müəyyənləşdirmək;
      • Məqsədləri nəzərə alınmaqla uğurlu satış çağırışları üçün plan hazırlamaq;
      • Satış prosesi zamanı ilkin müsbət təəssürat formalaşdırmaq;
      • Alıcıların spesifik ehtiyaclarına uyğun cəlbedici məhsul dəyəri təklifi formalaşdırmaq;
      • Müştərinin kəşf edilməsi, həll yolları və daha güclü münasibət üçün aktiv dinləmə və sual vermək bacarıqlarını inkişaf etdirmək;
      • Satış dialoqu zaman yüksək təsir bağışlamaq üçün üçün səs,vizual və şifahi nitq elemetlərindən istifadə etmək;
      • Satış etirazlarını dəf edə bilmə texnikalarını inkişaf etdirmək;
      • Daha çox satış imkanı və daha dərin əlaqələr qurmaq üçün müştərilərlə münasibətləri daha da inkişaf etdirmək;
      • Uğurlu nəticələr əldə etmək üçün fərdi müştərilərin üslublarına uyğun ünsiyyət tərzinə adaptasiya ola bilmək. 


      Kimlər iştirak edə bilər?

          • Sadəcə satışlarını artıq satmaq deyil, müştəriləri ilə qarşılıqlı faydalı münasibətlər yaratmaqla növbəti səviyyəyə qaldırmaq istəyən təcrübəli satış mütəxəssisləri;
          • Hazırkı satış metodları zaman vərdişləri ilə yaratmağı bacardıqları satışların keyfiyyəti miqdarından narazı olan satış peşəkarları;
          • Satış bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər;
          • Müştərilərə müsbət təsir göstərmək qabiliyyətini optimallaşdırmaq istəyən şəxslər;
          • Daha məhsuldar olmaq satış məhsul keyfiyyətini miqdarını maksimum dərəcədə artırmaq istəyən insanlar;
          • Müsbət emosiyalardan istifadə edərək insanlara satış qərarlarını verməkdə kömək etmək istəyən şəxslər;
          • Bazarları müştəriləri daha yaxşı tanımaq üçün özündə müəyyən bacarıqları inkişaf etdirmək istəyən satış mütəxəssisləri;
          • Təqdimat müştərilərlə üz-üzə əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirmək istəyən satış mütəxəssisləri;
          • Satış sahəsində ən yaxşı olmaq üçün daim qazanmaq strategiyasını inkişaf etdirmək istəyən satış mütəxəssisləri;
          • Müştərilərilə daha çox uğurlu satış müqavilələri bağlamaq istəyən mütəxəssislər.


          Əhatə ediləcək mövzular:

              • Satış strategiyası və texnologiyası;
              • Satışa hazırlıq;
              • Rabitə mərhələsi;
              • Telefon danışıqlarını idarə etmək üçün göstərişlər;
              • SPIN metodu ilə müştəri ehtiyaclarının öyrənilməsi mərhələsi;
              • Şirkət məhsullarının təqdimat mərhələsi;
              • Müştəri etirazlarına cavab;
              • Satışın tamamlanması;
              • Müştəri ilə mürəkkəb danışıqlar və mübahisələr;
              • Müxtəlif vəziyyətlərdə danışıqlarda effektivliyin artırılması;
              • Əhəmiyyətli müştərilərin müşayiət olunması.        


              Sertifikat:

                  • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
                  • Təlim dili:  Azərbaycan
                  • Davamiyyət: 16 saat
                  Bizimlə əlaqə