Yeni Başlayan Menecerlər üçün İdarəetmə Təlimi
Təlim Haqqında
Yeni Başlayan Menecerlər üçün İdarəetmə təlimi menecer vəzifəsinə yeni təyin edilmiş şəxslər üçün kömək məqsədilə formalaşan bir təlimdir. İş prosesi zamanı yüksək məhsuldarlığın əldə edilməsində menecerlərin böyük rolu vardır və bu səbəbdən bu təlim onlar üçün mühüm əhəmiyyət kəsb edir. Təlim, öyrədilən bacarıqları tətbiq etməyə təşviq edən risksiz bir mühitdə aparılır. Tədris prosesinin effektivliyini artırmaq və iştirakçılara ilk dəfə bacarıqlı rəhbər olmağı öyrətmək üçün təlim zamanı müxtəlif tədris metodlarından, simulyasiya, qrup çalışmaları və s. üsullardan istifadə edilir.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Komanda lideri olaraq rol və vəzifələrini izah etmək;
- Komanda üzvlərini aydın və düzgün istiqamətə yönləndirmək;
- Komanda üzvlərinə performansları barədə rəy vermək;
- İş fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün işçiləri motivasiya etmək;
- Komanda üzvlərinə tapşırıqları düzgün və ruhlandırıcı formada çatdırmaq.
Kimlər iştirak edə bilər?
İstənilən yeni menecer, supervayzer, yaxud menecer olmaq üçün böyük potensiala sahib olan şəxslər;
- İcraçı mövqeyindən idarəedici mövqeyinə keçən və başqalarının köməyi vasitəsilə yüksək nəticə əldə etmək üsullarını öyrənmək istəyən şəxslər.
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası
tərəfindən sertifikatla təltif ediləcəkdir. - Təlim Dili: Azərbaycan
- Davamiyyət: 13 saat
İstənilən yeni menecer, supervayzer, yaxud menecer olmaq üçün böyük potensiala sahib olan şəxslər;