Vergi Uçotu
Təlim Haqqında
Vergi Uçotu təliminin əsas məqsədi təlim iştirakçılarını müəssisənin əməliyyatlarını vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirtmək və vergi uçotunu düzgün aparmaq istiqamətində zəruri bacarıq və biliklərlə təmin etməkdir. Əldə etdiyiniz bilik sizin vergi qurumları ilə əməkdaşlığınızı asanlaşdıracaq və lazımi sənəd və bəyannamələrin vaxtında və düzgün doldurulmasına köməklik edəcəkdir.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Vergi məsələlərini araşdırmaq və təhlil etmək;
- Müxtəlif vergi növləri və onların praktiki vəziyyətlərdə tətbiqi;
- ƏDV ilə bağlı anlayışlar və tətbiq;
- Gəlir vergisi, Mənfəət vergisi, Əmlak vergisi, Sadələşdirilmiş vergi və ƏDV hesablamalarının həyata keçirilməsi.
Kimlər iştirak edə bilər?
Təlim maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssis, mühasib, baş mühasib və eyni zamanda müxtəlif sektorlarda çalışan kommersiya qurumlarının menecerləri üçün nəzərdə tutulmuşdur.
Əhatə ediləcək mövzular:
- Vergitutma
ilə əlaqədar ümumi müddəalar;
- Fiziki
şəxslərin gəlir vergisi;
- Mənfəət
vergisi, Gəlir vergisinə aid olan müddəalar;
- Mənfəət
Vergisi;
- Ödəmə
mənbəyindən verginin tutulması;
- Əmlak
vergisi;
- Sadələşdirilmiş
vergi;
- Əlavə
Dəyər Vergisi;
- Vergilərin
ödənilməsi üzrə ümumi qaydalar;
- İkiqat vergitutmanın aradan qaldırılması (DTA formaları).
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 40 saat