Biznes Strategiyasının Qurulması
Təlim Haqqında
Strategiya bütün əməliyyat şirkətləri üçün vacibdir, çünki bu, işin uğurunu müəyyənləşdirən əsas amildir. Bu təlim ən vacib terminologiyaları, nəzəriyyələri, konsepsiyaları və strategiya çərçivələrini əhatə etməklə sizi hərtərəfli strateji təhlil prosesi ilə istiqamətləndirmək və nəzəriyyələrin real
iş şəraitində tətbiqini nümayiş etdirmək üçün hazırlanmışdır. Təlim eyni zamanda sizə SWOT
təhlili kimi metodlar vasitəsi ilə
optimal strateji alternativlərin yarada bilmənizə, qiymətləndirilməsinə və seçilməsinə kömək edəcəkdir.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Təşkilatlar, onların quruluşu və idarəetmə metodologiyasını başa düşmək;
- Strateji təhlil prosesinin qərar qəbul edənlərə dərin təhlillər aparmağa və optimal strateji alternativləri müəyyənləşdirməyə necə kömək etdiyini başa düşmək;
- Gündəlik iş fəaliyyətində tətbiq oluna biləcək bilik və üsulları öyrənmək;
- Komanda üzvlərini effektiv şəkildə istiqamətləndirmək və motivasiya etmək və əldə edilən müsbət nəticələrdən həvəslənmək.
Kimlər iştirak edə bilər?
Bütün səviyyələrdə fəaliyyət göstərən
menecerlər, kiçik və orta sahibkarlar və öz bizneslərinə başlamaq istəyənlər.
Əhatə ediləcək mövzular:
- Sənayenin həyat dövrü modeli və onun dörd mərhələsi: İlkin, Böyümə, Yetkinlik və Eniş;
- Porterin beş qüvvə modeli;
- Oyun nəzəriyyəsi;
- Şirkətin fəaliyyət ömrü;
- Ən optimal rəqabət strategiyasını necə seçmək olar: Xərclər üzrə liderlik, Fərqlənmək və ya Nişe;
- Dəyər zəncirinin təhlili;
- Resurs və səlahiyyətlər;
- Böyümə variantları: Təbii və ya M&A;
- Üfüqi və Şaquli inteqrasiya;
- “Outsourcing”-in üstünlükləri və təhlükələri;
- Praktikada SWOT analizi;
- Liderlik və motivasiya.
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla
təltif ediləcəkdir.
- Təlim
dili: Azərbaycan
- Davamiyyət: 10 saat