Biznes Planlarının Hazırlanması
Təlim Haqqında
İnsanların yeni bir işə başladıqda yol verdikləri xətalardan biri, düzgün
biznes planını yaza bilməmələridir. Yazılı plan
və istiqamətlər toplusu olmasa, yeni yaranan biznes bir çox mərhələlərdə çətinliklə üzləşəcəkdir. Biznes planı olmadan şirkətin gələcək viziyonunu görmək mümkün olmur.
Yaxşı yazılmış biznes planı vaxt, səbr, detal, araşdırma və təqdimata düzgün yanaşma tələb edir. Bu təlim vasitəsilə siz biznes planının tərtib etmək yollarını öyrənəcəksiniz. Siz hansı detalların niyə həyati əhəmiyyət kəsb etdiyini, biznes planının hansı hissələrinin investorlar tərəfindən verilən maliyyə dəstəyinin davam etdirilə yaxud ləğv edilə bilməsinə təsirini və şirkətinizin və biznesinizin ictimai təqdimatını necə kəskinləşdirəcəyini öyrənəcəksiniz.
Təlim nəticəsində siz biznes planın hazırlanması üçün müxtəlif üsulları öyrənəcək və başqa bir kənar şəxsi işə götürmədən biznes planını tərtib edə biləcəksiniz.

Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Qazanan biznes strategiyalarını ehtiva edən biznes planı hazırlamaq;
- Müstəqil xidmətlər, e-ticarət, fərdi biznes və innovativ startaplar üçün güclü bir biznes model yaratmaq;
- Biznes planının yazılması üçün onun bütün hissələrini addım-addım nəzərdən keçirtmək;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, nisbət təhlili, planlaşdırma və strategiyanın icrası kimi əhəmiyyətli biznes planlaşdırma anlayışlarını öyrənmək.
Kimlər iştirak edə bilər?
- İlk biznes planını yazan fərdi sahibkarlar;
- İşinə başlamazdan əvvəl düzgün bir strategiya yaratmaq istəyən hər kəs;
- İlkin kapitalı biznes planının tərtibi vasitəsilə artırmaq istəyən sahibkarlar;
- Elektron ticarət, yerli biznes, filial biznesi, öz brendi biznesi, innovativ başlanğıc, mobil tətbiqetmə, B2B biznesi, xidmət biznesi və ya bir və ya iki nəfərlə bir ev ticarətinə başlayan hər kəs.
Qeyd: Təlimdə iştirak etmək üçün biznes strategiyası, mühasibat uçotu və maliyyə menecmenti sahələrində biliyə sahib olmaq gərəkdir.
Əhatə ediləcək mövzular:
- Fikir:
Qazanmaq fikri;
- Sənaye
və Bazar yerləşdirməsi analizi: Marketinq
Planı; Əməliyyat planı;
- Strategiya yaratmaq:
Marketinq strategiyası; Əməliyyat
Strategiyası; İnkişaf
Strategiyası;
- Maliyyə
Planı: Mənfəət
və Zərər
proqnozu 5 illik; Pul vəsaitlərinin hərəkəti proqnozu 5 illik; Pul
vəsaitlərinin hərəkəti proqnozu 1 illik hər ay üzrə; Nisbət təhlili;
- Təqdimat: İnvestor qazanılması texnikaları.
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 30 saat