İdarəetmə Bacarıqlarının İnkişafı
Təlim Haqqında
Bugünkü mürəkkəb iş mühitində menecer olmaq özü bir nailiyyətdir, çünki menecerlər daim özlərini sübut etməli, komandalarına rəhbərlik etməli və eyni zamanda bir neçə aktual məsələləri həll etməlidirlər. Bu təlim iştirakçılara daha inamlı və fəal menecer və lider olmaq yolları barədə məlumat vermək üçün hazırlanmışdır. Mükəmməlliyə doğru irəliləmək üçün hər bir menecer müəyyən bacarıq, xüsusiyyət və davranış qaydaları formalaşdırmalıdır. Bu dinamik təlim nəticəsində iştirakçılar iş fəaliyyəti ərzində meydana gələn narahatlıqlar, gündəlik vəzifələr, eləcə də menecer rolu barədə fikirlərini bölüşmək imkanı qazanacaqdır.
Təlimin tədris metodologiyası nəzəri hissə və real
iş ssenarilərinə tez-tez istinad etməklə birləşdirir. Təlimin praktiki və interaktiv olması nəzərdə tutulur və iştirakçılar sual verməyə təşviq olunur.
Təlimin tədris metodologiyası nəzəri hissə və real iş ssenarilərinə tez-tez istinad etməklə birləşdirir. Təlimin praktiki və interaktiv olması nəzərdə tutulur və iştirakçılar sual verməyə təşviq olunur.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Komanda lideri olaraq rol və vəzifələrini izah etmək;
- Komanda üzvlərini aydın və düzgün istiqamətə yönləndirmək;
- Komanda üzvlərinə performansları barədə rəy vermək;
- İş fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün işçiləri motivasiya etmək;
- Komanda üzvlərinə tapşırıqları düzgün və ruhlandırıcı formada çatdırmaq.
Kimlər iştirak edə bilər?
İstənilən yeni menecer, supervayzer, yaxud menecer olmaq üçün böyük potensiala sahib olan şəxslər;
- İcraçı mövqeyindən idarəedici mövqeyinə keçən və başqalarının köməyi vasitəsilə yüksək nəticə əldə etmək üsullarını öyrənmək istəyən şəxslər.
İstənilən yeni menecer, supervayzer, yaxud menecer olmaq üçün böyük potensiala sahib olan şəxslər;