Qeyri-Maliyyə Menecerləri üçün Maliyyə

Təlim Haqqında

Bu təlim qeyri-maliyyə sahəsi, xüsusilə satış, marketinq, insan resursları, tədqiqat inkişaf, istehsal, satınalma kimi sahələrdə çalışan mütəxəssislərə mühüm maliyyə bilikləri əldə etməyə imkan verərək, xərclərə qənaət,büdcə planlaşdırılması, yeni layihə qərarları, genişlənmə strategiyası s. məsələlərlə bağlı mühüm maliyyə qərarları qəbul etməyi öyrədir. Təlim vasitəsilə iştirakçılar maliyyə hesabatlarını anlamaq təhlil etmək, həmçinin maliyyə mühasibat uçotunun əsas elementlərini dərk etmək iqtidarında olur.


Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər: 

    • Maliyyə məlumatlarının mənbələri barədə məlumat əldə etmək;
    • Maliyyə məlumatlarının əsas anlayışlarını nəzərdən keçirmək və maliyyə axını istiqamətlərini təhlil etməklə təşkilatın hazırkı maliyyə vəziyyətini anlamaq;
    • Maliyyə məlumatlarının əsaslandığı amilləri araşdırmaq;
    • Pul vəsaitlərinin hərəkəti və idarəetmə sisteminin vacibliyini qəbul etmək;
    • Aylıq dövriyyə kapitalının mahiyyətini və idarəetməsini qiymətləndirmək;
    • Dəyər üzrə konsepsiyaları araşdırmaq;
    • Planlaşdırma və büdcə nəzarətinin vacibliyini qəbul etmək;
    • Pul vəsaitlərinin müsbət idarə edilməsini və nəğd dövrünün əməliyyatlarına təsirini kəşf etmək.


    Kimlər iştirak edə bilər?

        • Xərclərə qənaət, büdcə planlaması, yeni layihələr, böyümə strategiyaları və s. daxil olmaqla kritik iş qərarları vermək üçün maliyyə bacarıqlarını inkişaf etdirmək istəyən menecerlər, rəhbər menecerlər, orta səviyyəli idarəçilər;
        • Gündəlik olaraq şirkətlə bağlı mühüm iş qərarları vermək məqsədilə sahibkarlar;
        • Dövlət yaxud özəl sektorda müxtəlif sahələrdə şəxsi fəaliyyət növü ilə məşğul olan hüquqşunaslar, tibb sahəsində fəaliyyət göstərənlər, qeyri-maliyyə menecerləri. 


        Əhatə ediləcək mövzular:

            • İdarəetmədə maliyyənin rolu və quruluşu;
            • Maliyyə hesabatları, onların quruluşu və elementləri;
            • İdarəetmə uçotunun əsasları;
            • Maliyyə hesabatlarında seçilmiş əsas mühasibat uçotu elemetləri (debitor borcları, kreditor borcları, anbar qalıqları və s.);
            • Səmərəli maliyyə idarəetməsi aləti olaraq büdcə və proqnozlaşdırma;
            • Nisbət təhlilini həyata keçirtmək və şərh etmək;
            • İnvestisiyaların qiymətləndirilməsi.


            Sertifikat:

                • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
                • Təlim dili:  Azərbaycan
                • Davamiyyət: 16 saat

                Bizimlə əlaqə