Maliyyə Modelləşdirilməsi
Təlim Haqqında
Bu təlim iştirakçıları maliyyə modelləşdirmə və qiymətləndirmə üsulları ilə tanış etmək üçün hazırlanmışdır. Təlim asanlıqla başa düşülə bilən və müəssisələrin qarşılaşdıqları risklər haqqında məlumat əldə etmək üçün maliyyə modellərini yaratmağınıza kömək edəcəkdir. Bu proqram eyni zamanda bir maliyyə aktivinin və ya bir biznes layihəsinin portfelinin və ya hər hansı digər investisiya fəaliyyətinin qiymətləndirilməsində kömək edəcəkdir.
Maliyyə modelləşdirməsi investorlar və ya maliyyə analitikləri tərəfindən nağd pul proqnozlaşdırılması və idarəedilməsindən tutmuş strateji planlaşdırma və seçim təhlilinə qədər çox sayda məqsədə çatmaq üçün istifadə edilə bilər.
Təlim əsasən aşağıdakı sahələri əhatə edir:
- MS Excel ilə bağlı biliklərinizi artırmaq və Excel
düsturları ilə bağlı biliklərinizi təzələmək;
- Maliyyə modellərinin tərtib edilməsi;
- İstehlak malları, müasir pərakəndə satış, daşınmaz əmlak və avtomobil
komponentləri kimi müxtəlif sahələr üçün gəlir və xərc modellərinin tərtib
edilməsi;
- İlkin Makrosların yaradılması;
- Modelləri ümumiləşdirilmiş şəkildə təqdim etmək üçün
tabloları yaratmaq;
- Modellərdən istifadə edərək hesabatları təqdim etmək;
- Qiymətləndirmə üsulları.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Bütöv bir maliyyə modelini tərtib etmək və dizayn etmək;
- Maliyyə modellərindən istifadə edərək tablolar yaratmaq;
- Biznesin qiymətləndirilməsində maliyyə modellərindən istifadə etmək;
- Modelləri təhlil edərək planlaşdırmaq və qərar qəbul etmək.
Kimlər iştirak edə bilər?
- Bank, investisiya sahəsində
çalışan mütəxəssislər;
- Korporativ maliyyə və böyük holdiqnlərdə
çalışan mütəxəssislər;
- Mühasiblər;
- MBA maliyyə və ticarət sahəsindən olan məzunlar
- Maliyyə sahəsində çalışan mütəxəssislər.
Əhatə ediləcək mövzular:
- Mürəkkəb
səviyyəli Excel formulaları;
- Maliyyə
modelləşdirməsi üzrə fundamental biliklər;
- Excel-də
maliyyə modelinin qurulması;
- Biznesin
qiymətləndirilməsi;
- Maliyyə modelləşdirməsi üçün həssaslıq təhlili;
- VBA-dən istifadə edərək maliyyə modelinin hazırlanması.