Təlimçilər üçün Təlim
Təlim Haqqında
Təlimçilər
üçün Təlim proqramı təlimçilik fəaliyyətinə yeni başlayan şəxslərin təcrübəli
və bacarıqlı təlimçilərdən düzgün istiqamət almaları üçün nəzərdə tutulmuşdur.
Bu ixtisaslı təlimçilər təlim zamanı təsirli və həyatı dəyişən zəruri bilik və
bacarıqlar təqdim edirlər.
Təlim
proqramının əsas istiqaməti iştirakçılarda təlim yaxud seminarlar zamanı
ehtiyacları öyrənmək və təlimin effektivliyini qiymətləndirmək bacarığını
inkişaf etdirməkdir. Bu təlim müəssisə yaxud təşkilatlara istedadlı korporativ
təlimçiləri seçmək imkanını verir.
Şirkətlərin
öz işçilərinə təlimlər keçirtmək planları artdıqca, bu təlimə də tələbat
artmışdır. Təlim zamanı işçilərin bilik və bacarıqlarının daim artırılmasına
yönələn tələblərin müəyyən edilməsi öyrədilir. Təlimin əsas məqsədi təlimin keçirilməsi prosesinin yalnız “PowerPoint”
təqdimatlarının çatdırılması yaxud müxtəlif
tədbirlərin keçirilməsindən
daha çox olduğunu göstərməkdir.
Təlim aşağıdakı sahələrdə bacarıqların artırılmasına yönəlmişdir:
- Təlim prosesini başa düşmək;
- Təlim ehtiyaclarını qiymətləndirmək;
- Təlim
proqramını tərtib etmək;
- Müxtəlif öyrənmə
üslublarını başa düşmək;
- Müxtəlif təlim
texnikalarından istifadə etmək;
- Təqdimat
bacarıqlarını inkişaf etdirmək;
- Rəy vermək
və rəy almaq;
- Təlimi qiymətləndirə bilmək.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- İlhamverici, təlimləndirici və effektiv dərslər, təqdimatların planlaşdırmağın, çatdırmağın yollarını bilmək;
- Yetkin şəxslər üçün öyrənmə nəzəriyyələri və onları sinif dərslərinə keçirlmə üsullarını öyrənmək;
- Dərs zamanı qrupu nəzarətdə saxlamaq və onları öyrənməyə təşviq etmək yollarını öyrətmək;
- İştirakçıları qrup şəklində işləməyə motivasiya etmək;
- Sinif mühitində istifadə edilə biləcək təlim vasitələrini bilmək;
- Dərslərin uğurlu keçirilməsi üçün iştirakçıların fərdi bacarıq və qabiliyyətlərini inkişaf etdirmək və istifadə etmək bacarığını,
- iştirakçıların marağını, etibarını və diqqətini qazanmağın yollarını bilmək.
Kimlər iştirak edə bilər?
- İş yerində təlim və ya rəhbər vəzifələrdə komanda üzvlərinin təlim və tədrisinin artırılması üçün məsuliyyət daşıyan insanlar;
- Təlim bacarıqlarını artırmaq istəyən məşqçilər, daxili təlimçilər və ya nəzarətçilər.
Sertifikat:
- Təlim bitdikdən
sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 16 saat