Zamanın İdarəedilməsi
Təlim Haqqında
Zamanın İdaerəedilməsi təlimi işçilərə vaxtı daha səmərəli idarə etməyi öyrədərək məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa kömək etmək üçün hazırlanmışdır. Səmərəli vaxt idarəçiliyi isə bütün liderlər üçün vacib bir amildir.
Bu təlim işçinin məhsuldarlığının, səriştəsinin və ümumi səmərəliliyinin artmasına səbəb olan çoxsaylı işlərə sərf olunan vaxt üzərində planlı şəkildə idarə edilməsinə və həyata keçirilməsinə yönəldilmişdir. Zamanın idarə edilməsinin vacibliyini başa düşən və ardıcıl olaraq yaxşı idarə etməyi bacaran insanlar ən yüksək uğur qazananlardır, çünki, həyatın bütün sahələrində, istər iş, istər idman, istərsə də ictimai xidmətə qədər bütün sahələrdə zamanı düzgün idarə etmək bacarığına sahibdirlər.

Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Zamanın idarəedilməsi ilə bağlı davranışınızı dəyərlərinizə, rolunuza və ambisiyalarınıza münasibətdə təhlil etmək;
- Daha effektiv işləmək üçün zamanın səmərəsiz idarəedilməsinin əsas səbəblərini müəyyən etmək və aradan qaldırmaq;
- Effektiv olmayan vərdişləri aradan qaldıraraq vaxtınızı səmərəli şəkildə idarə etmək;
- Tapşırıqlarınızı əsas məsuliyyət sahələrinizə uyğun olaraq prioritetləşdirmək;
- Verdiyiniz vədləri yerinə yetirmək üçün həftəlik və yaxud günlük planlaşdırmadan istifadə etmək;
- Öz dəyərlərinizə əsaslanaraq özünüzü və vaxtınızı idarə etmək istiqamətində qətiyyətli seçim etmək.
Kimlər iştirak edə bilər?
- Sürətlə
dəyişən bir mühitdə çalışan şəxslər;
- İşləri
tam vaxtında çatdırmaqla bağlı problemləri olan şəxslər;
- Mütəmadi
olaraq işləri yerinə yetirmək üçün əlavə saat işləyən insanlar;
- Başqalarının tələb və gözləntilərini yerinə yetirməkdə çətinlik çəkən insanlar.
Sertifikat
- Təlim bitdikdən
sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 8 saat