Təqdimat Bacarıqları
Təlim Haqqında
Təqdimat bacarıqları təlimi təqdimatlar zamanı sizə özgüvən yaratmaq üçün hazırlanmışdır. Təlim zamanı iştirakçılar yüksək təqdimat qabiliyyəti formalaşdırmaq üçün qarşıya çıxan maneə və problemləri aradan qaldırma yollarını öyrənəcəkdir. Təlim nəticəsində iştirakçılar təqdimat bacarıqlarını inkişaf etdirmək, şəxsi potensiallarını genişləndirmək və özgüvənlərini artırmaq üçün praktik fəaliyyətlər vasitəsilə bir sıra üsullar öyrənəcəklər. İştirakçılar eyni zamanda auditoriya ilə ünsiyyət qura bilmək üçün müvafiq komponentləri əhatə edən xüsusi təqdimat üslubları yaratmağı da öyrənəcəkdirlər.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Auditoriya
marağını qazanmaq və təqdimat mesajlarını gücləndirmək üçün xüsusi səslə
danışmaq, tempi tarazlamaq və lazımı anlarda səs tonunu dəyişdirmək;
- Auditoriyanın
diqqətini qazanmaq və təqdimat zamanı verilən şifahi mesajları daha da təsirli
etmək üçün xüsusi duruş və hərəkətlərdən istifadə etmək;
- Əsas
mesajları çatdırmaq üçün təqdimatın və əyani vəsaitlərin maraqlı, inandırıcı
olması üçün hazırlamaq üsullarını öyrənmək;
- Auditoriya
ilə qarşılıqlı əlaqənin qurulması, çətin şəxslərə nəzarət etmək və onları idarə
etmək üçün ən yaxşı yolları müəyyənləşdirmək;
- Əldə edilən bilikləri işlə əlaqəli təqdimatlar hazırlayarkən tətbiq etmək və tətbiq etdikləri üslublar və onların təsiri barəsində rəy almaq.
Kimlər iştirak edə bilər?
- Bu
təlim təqdimat təcrübəsi olan, ünsiyyət qurma tərzini və iş təqdimatlarının təsirini
daha da artırmaq istəyənlər üçün idealdır;
- Təlim
həmçinin qabaqcıl təqdimat üsulları, xüsusi nitq təhsili təklif etməklə təqdimat
sahəsində yeni olan şəxslər üçün faydalıdır;
- Bunlardan əlavə olaraq təlim satış təqdimatları edən şəxslər üçün onların xüsusi ehtiyaclarına uyğunlaşdırıla bilər.
Sertifikat:
- Təlim bitdikdən
sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 8 saat