Müştəri Xidmətləri

Təlim Haqqında

Müştəri xidmətləri təlimi işçilərə müştəri məmnuniyyətini formalaşdırmaq üçün tələb edilən yumşaq bacarıqlarbilik  düzgün ünsiyyət qurma yollarını tədris edir. Bu təlim iştirakçılara öz müştərilərinə davamlı olaraq müstəsna xidmət göstərməklə  müştəri gözləntilərini aşmağa kömək edir. Buna nail olmaq üçün ilk öncə özünüzə bir neçə sual vermək lazımdır:

  • Komanda üzvlərinizin müstəsna müştəri xidmətləri göstərmək üçün lazımi bacarıqları varmı?
  • Hal hazırda müştəri xidmətləri üzrə bacarıqlarını necə inkişaf etdirirlər?
  • Müştəri xidmətlərini davamlı olaraq inkişaf etdirmək üçün uzunmüddətli bir plan varmı?
  • Müştərinin səsinə lazımi diqqət yetirilirmi?
  • Müstəsna müştəri xidməti göstərmək üçün komanda üzvlərinizin əsas ünsiyyət bacarıqları varmı?
  • Müştərinin həqiqi ehtiyaclarını aşkar etmək üçün effektiv ünsiyyət qura və dinləyə bilərlərmi?
  • Daxili müştərilərin əhəmiyyətini başa düşürlərmi?


Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər: 

      • Müstəsna müştəri xidməti təsvir edə bilmək;
      • Mükəmməl müştəri xidmətinin üstünlüklərini müəyyənləşdirmək;
      • Mükəmməl müştəri xidmətinin çatdırılmasında maneələri tanımaq;
      • Xüsusi müştəri davranış tərzlərinə uyğunlaşmaq;
      • Müştəri məmnuniyyəti səviyyəsini ölçmə qaydalarını və lazım olduqda düzəliş məqsədilə tədbirlər görməyinizi nümayiş etdirmək;
      • Hirsli və ya narazı müştərilərlə işləmək üçün üsullardan istifadə etmək;
      • Müştəri xidmətləri bacarıqlarını inkişaf etdirmək üçün fərdi fəaliyyət planı hazırlamaq.


      Kimlər iştirak edə bilər?

      Bu təlim müştəri xidmətləri sahəsində çalışan və şirkətinin imicinə əhəmiyyətli dərəcədə töhfə vermək və ardıcıl müstəsna xidmət göstərməklə öz həyatlarını asanlaşdırmaq istəyən insanlar üçündür.


      Sertifikat

      • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
      • Təlim dili:  Azərbaycan
      • Davamiyyət: 16 saat
      Bizimlə əlaqə