SHRM

Təlim Haqqında

SHRM sertifikatı, İR-ın idarə olunması sahəsində dünyanın ən böyük üzvlük təşkilatı tərəfindən təklif olunan yeganə sertifikatdır. Kadrların peşə inkişafında lider hesab edilən HRM, dünyada 140 milyon işçinin təmsil olunduğu 100 mindən çox işəgötürənə dəstək olmuşdur.
SHRM həm də bütövlükdə İR-ın idarə olunması peşəsini inkişaf etdirmək üçün çalışır, çünki, biznes inkişaf etdikcə İnsan resursları da biznes ehtiyaclarını ödəmək üçün inkişafdan geri qalmamalıdır. Bu səsəbdən şirkətlər artıq effektiv insan idarəçiliyinin strateji vacib olduğunu başa düşürlər. Nəticədə, iş adamları, İR mütəxəssislərinin, İR konsepsiyasını və tələblərini yaxşı bilməklə yanaşı, biliklərini müasir iş yerlərində təşkilati məqsədlərə dəstək olaraq səmərəli tətbiq etmək üçün tələb olunan davranış və bacarıqlarını nümayiş etdirəcəyini gözləyirlər.
İş ehtiyaclarını qarşılamaq üçün, SHRM, iki davranış qabiliyyətinə əsaslanan sertifikat, erkən və orta karyera mütəxəssisləri üçün SHRM Certified Professional (SHRM-CP®) və yüksək təcrübəyə malik şəxslər üçün isə SHRM Senior Certified Professional (SHRM-SCP®) hazırlamışdır. SHRM, SHRM-CP və SHRM-SCP-i İR peşəsi üçün sertifikatlaşdırmada yeni qlobal standart hesab edir.
SHRM-CP və ya SHRM-SCP kvalifikasiyaları sizi İR-ın idarəedilməsi sahəsində tanınmış mütəxəssis, lider və təşkilatınız üçün dəyərli bir varlıq halına gətirir, sizi və təşkilatınızı bugünkü iqtisadiyyatda daha rəqabətli saxlayır. Bu peşəkar fərq sizin yüksək bilik və bacarıq səviyyənizi sübut etməklə yanaşı sizi həmkarlarınızdan fərqləndirmək xüsusiyyətini daşıyır.

Kimlər iştirak edə bilər?

Təlimdə iştirak edə bilmək üçün iştirakçı təhsil və iş təcrübəsi sahəsində müəyyən kriteriyalara cavab verməlidir.

SHRM-CP & SHRM-SCP PROQRAMINDA İŞTİRAK KRİTERİYALARI:



QeydHR üzrə magistr təhsili olan şəxslər üçün iş təcrübəsi tələb edilmir


Əhatə ediləcək mövzular:


  • İnsan Resurslarının səlahiyyət dairəsi: Liderlik və Yönləndirmə; Etik Təcrübə;
  • İş Qabiliyyəti; Münasibətlərin İdarə Edilməsi; Konsultasiya; Tənqidi Qiymətləndirmə; Qlobal və Mədəni Effektivlik; Ünsiyyət;
  • İnsanlar: İstedadların Əldə Edilməsi və Saxlanılması;İşçilərin Cəlb Edilməsi;
  • Təlim və İnkişaf; Ümumi Mükafatlar;
  • Təşkilat: İR Funksiyasının Quruluşu; Təşkilati Effektlivlik və İnkişaf; İşçi Qüvvəsinin İdarə Edilməsi; İşçilərlə Münasibət; Texnologiya və Məlumat;
  • İşçi QüvvəsiQlobal Konteksdə İR; Müxtəliflik  Daxiletmə; Risklərin İdarə Edilməsi; Korporativ Sosial Məsuliyyət; Məşğulluq Qanunu  Qaydaları (yalnız ABŞ).


Sertifikat:

      • Təlim bitdikdən sonra iştirakçılar beynəlxalq SHRM sertifikatını əldə etmək üçün imtahanda iştirak edəcəklər.
      • Təlim dili:  İngilis
      • Davamiyyət: 48 saat
      Bizimlə əlaqə