BMHS (IFRS) 9

Təlim Haqqında

BMHS (IFRS) 9 “Maliyyə alətləri 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minərək İAS 39-u (Maliyyə Alətləri: Tanıma Ölçmə) əvəz etmişdir. Yeni qayda müəssisənin biznes modelinə pul vəsaitlərinin hərəkəti xüsusiyyətlərinə əsaslanan maliyyə aktivlərinin təsnifatı ölçülməsinə məntiqi, daha prinsipial yanaşma təqdim edir. Uzummüddətli görünən dəyərsizləşmə modeli əvvəllər tanınmağı kredit itkilərinin davamlı qiymətləndirilməsini tələb edir. BMHS 9-un uçotunun tələbləri daha çox müəyyən prinsiplərə əsaslanır müəssisənin risk idarəetmə təcrübələri ilə daha uyğunlaşdırılmışdır.
Bu təlim BMHS 9 Maliyyə Alətlərinin daha dərin təhlilini təmin edir. Yeni prinsip maliyyə modellərinin təsnifatı, maliyyə aktivlərinin maliyyə öhdəliklərinin amortizasiya olunmuş maya dəyəri ədalətli dəyər ölçülməsi, maliyyə aktivlərinin tanınmaması (saxlanılan xidmət, davamlı iştirak s.) üçün biznes modeli pul hərəkəti xüsusiyyətləri testini izah etmək üçün çoxsaylı nümunə təsvirlər, gözlənilən kredit itkilərinin ölçülməsi mühasibat uçotu müxtəlif tipli hedclərin maliyyə hesabatlarına təsirini təqdim edir. Bundan əlavə, BMHS 7-dəki açıqlamaları BMHS 13-də ədalətli dəyərin ölçülməsi prinsiplərini əhatə edir.
Təlim maliyyə hesabatları hazırlayan onun istifadəçilərinə BMHS 9-un biznes maliyyə hesabatlarına olan təsirini qiymətləndirmək üçün kömək məqsədilə hazırlanmışdır.


Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər: 

  • BMHS 9-un tələblərinə uyğun olaraq maliyyə aktivlərini təsnif etmək  və ölçmək;
  • BMHS 9-un maliyyə aktivlərinin təsnifatına, o cümlədən daxil edilmiş törəmə elementlərə təsirini təhlil etmək;
  • BMHS 13-də ədalətli dəyərin ölçülməsi prinsiplərini qiymətləndirmək;
    1. Maliyyə aktivlərinin tanınmaması ilə bağlı prinsipləri tətbiq etmək;
    2. BMHS 9-da gözlənilən kredit itkisi modelinə əsasən kreditlər və digər maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərini hesablamaq;
    3. Gözlənilən kredit itkisi dəyərsizləşməsi modelindəki qiymətləndirmə  mülahizələri təhlil etmək;
    4. BMHS 9-da hedc mühasibat uçotu modelini tətbiq etmək və onun BMUS 39-a nisbətən ümumi risk idarəetmə təcrübələrinə daha çox necə uyğunlandığını öyrənmək.


    Kimlər iştirak edə bilər?

    • Korporativ və maliyyə qurumlarında maliyyə və idarəetmə mühasibləri;
    • Xəzinədarlıq, əməliyyatlar, risklərin idarə edilməsi, İT və ya uyğunluq şöbələrində çalışanlar;
    • BMHS-a əsasən hesabat verən qurumların daxili auditorları;
    • BMHS 9-u qəbul etmək və tətbiq etməkdə çətinliklərlə üzləşən müştəriləri olan xarici auditorlar;
    • Mərkəzi Bankların, Əmanətlərin Sığortalanması Təşkilatlarının və maliyyə xidmətləri sektorunda tənzimləmə məsuliyyəti daşıyan digər qurumların işçiləri və rəhbərliyi;
    • Maliyyə alətləri ilə əlaqədar mühasibat uçotu və açıqlamalar və BMHS 9 tərəfindən edilmiş dəyişikliklər barədə anlayışlarını yaxşılaşdırmaq istəyən maliyyə analitikləri;
    • Təhsil imkanları olan professorlar və digər müəllimlər;
    • BMHS -ı ilk dəfə tətbiq edənlər, ilkin olaraq BMHS 9-un tətbiqinin nəticələrini təhlil etməyə çalışanlar.



    Əhatə ediləcək mövzular:


        • Maliyyə aktivləri və maliyyə öhdəliklərinin təsnifatı;
        • Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ölçülməsi;
        • Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsinin təsiri;
        • BMHS 9-da törəmə və əlaqədar törəmələrin uçotunun icmalı;
        • Amortizasiya olunmuş maya dəyəri maliyyə aktivləri;
        • Tanınmama prinsipləri;
        • Maliyyə aktivlərinin dəyərsizləşməsi;
        • “Hedge” uçotu;
        • BMHS 9 maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin təsnifatı, gözlənilən kredit itkisinin dəyərsizləşməsi və hedc uçotu üçün keçid tələbləri;
        • BMHS 7 Maliyyə Alətləri: Açıqlamalar;
        • BMHS 1 BMHS-nın ilk dəfə tətbiqi - tam retrospektiv tətbiqdən azad olmaq.


        Sertifikat:

        • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
        • Təlim dili:  Azərbaycan/ İngilis
        • Davamiyyət: 14 saat


        Bizimlə əlaqə