1C Azərbaycan üçün Mühasibat Uçotu
Təlim Haqqında
Mühasibatlıq sahəsində çalışan hər bir şəxs üçün
vacib və əhəmiyyətli olan 1C Mühasibatlıq proqramının öyrənilməsi günün real tələblərindəndir. 1C
Mühasibat Uçotu təlimi mühasibatlıq əməliyyatlarının 1C Mühasibatlıq
proqramında praktik şəkildə icrasını tədris edir. Təlim zamanı siz mühasibat
uçotu haqqında mövcud nəzəri biliyinizi istifadə edərək müxtəlif növ
mühasibatlıq əməliyyatlarını 1C proqramında tətbiq etməyi öyrənəcəksiniz.
Kimlər iştirak edə bilər?
Təlim mühasibatlıq sahəsində müəyyən nəzəri biliyə sahib olub və bu biliyi 1C Mühasibatlıq proqramında istifadə edərək müxtəlif praktiki mühasibatlıq əməliyyatlarının icrasını öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlim proqramı:
- Proqramla
ümumi tanışlıq;
- Xidmət
alışının uçotu / Mühasibat yazılışları;
- Dövriyyə-qalıq
cədvəli və digər standart mühasibat hesabatları;
- Mal
alışının uçotu;
- Malların
və xidmətlərin satışı;
- Anbar
uçotu;
- İstehsalat
uçotu;
- Əsas
vəsaitlərin uçotu;
- Əmək
haqqı;
- ƏDV
uçotu;
- Ayın
bağlanması;
- İmtahan.
Sertifikat:
- Təlim
bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim dili: Azərbaycan
- Davamiyyət: 24 saat