Effektiv Ünsiyyət Bacarıqları

Təlim Haqqında

Ünsiyyət bacarıqları bütün liderlərin mütəmadi olaraq işləmələri vacib olan bir xüsusiyyətdir. İş görüşmələri həyata keçirərkən daima müştərilər, satıcılar, tərəfdaşlar, müdirlər işçilərlə ünsiyyət elementi formalaşır. Ünsiyyət elementi müxtəlif hallarda, hər hansı bir ideya yaxud məhsul üzrə alıcı yaxud satıcı qismində çıxış etdikdə, yaxud ətrafdakı insanlarla hər hansı bir layihəni nəzərdən keçirtdiyiniz zamanda formalaşır.
Bu təlim iştirakçılara danışıqların arxasında duran prinsipləri başa düşməyə fərdi ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir. Təlim eyni zamanda iştirakçılara müştərilərlə konstruktiv danışıqlar aparmaq və bütün tərəflər üçün "qazanma" nəticəsi yaradan danışıqlar aparmaq imkanı verəcəkdir. Təlim nəticəsində iştirakçılar mövcud danışıq bacarıqlarını inkişaf etdirə və bacarıqlarını növbəti səviyyəyə qaldırmaq üçün əlavə vasitələr və metodlar əldə edə bilər. Qeyd etmək lazımdır ki, təlim həm də uğurlu danışıq aparan insanların zehnini inkişaf etdirir.

Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər: 

      • Danışıqları rəqabətli və ortaq bir danışıq şəklində aparmaq üçün lazımi bilik və vasitələrə sahib olmaq;
      • Danışıqlara hazırlıq üçün mövcud vaxtdan ən səmərəli istifadə etməyin yollarını anlamaq;
      • Biznes danışıqlarında təsirli olan geniş inandırıcı texnikanın faydalarını qiymətləndirmək;
      • Danışıqlar zamanı istifadə olunan ən geniş yayılmış fəndlərdən, üsullardan və ən əsası, onlarla necə davranacağınızdan xəbərdar olmaq;
      • Effektiv və orta danışıqlar arasında fərq yaradan amilləri müqayisə edə bilmək.    


      Kimlər iştirak edə bilər?

      • Menecerlər, satış sahəsində çalışan mütəxəsssislər, alıcılar;
      • Satış, alış və ya idarəetmə sahəsində karyera qurmaq istəyən hər bir şəxs;
      • Danışıq proseslərində iştirak etməli olan hər bir şəxs.


      Sertifikat

      • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
      • Təlim dili:  Azərbaycan
      • Davamiyyət: 8 saat



      Bizimlə əlaqə