Əmək Qanunvericiliyi

Təlim Haqqında

Bu təlim Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun qurulmuşdur. Burada ölkənin əmək qanunvericiliyi (zərurət yaranarsa dövlət qulluğu qanunvericiliyi) sistemi, ondan irəli gələn tələblər, əmək münasibətlərinin yaranması, rəsmiləşdirilməsi, kadr işinin praktiki formada izahı öz əksini tapır. Eyni zamanda işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, müqaviləyə xitam verilməsi qaydaları öyrədilir. Təlim zamanı əmək qanunvericiliyi və kadr kargüzarlığı barədə zəruri məlumatları və təcrübəni əldə edərək müəssisədə kadr işini nəzəri və praktiki olaraq apara biləcəksiniz.


Kimlər iştirak edə bilər?

  • İnsan Resursları sahəsində çalışan mütəxəssis yaxud baş mütəxəssislər;
  • Kiçik müəssisə yaxud təşkilat rəhbərliyində çalışan şəxslər.



Əhatə ediləcək mövzular:

      • Əmək hüququ üzrə anlayışlar və əmək münasibətlərinin tərəfləri;
      • Əmək müqaviləsi;
      • Kadr inzibatçılığı zamanı sənədləşmə;
      • Digər əmək funksiyasiyalarının müvəqqəti icra edilməsi;
      • Əmək Kitabçası və onun tərtib olunma qaydaları;
      • İş vaxtı və istirahət vaxtı anlayışı;
      • Məzuniyyətlər və onların rəsmiləşdirmə qaydası;
      • Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (1-ci hissə);
      • Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (2-ci hissə);
      • Əmək və icra intizamı və onun rəsmiləşdirilməsi;
      • Ezamiyyətlərin tənzimlənməsi və rəsmiləşdirilməsi qaydaları;
      • İşçilərin sığortası və bununla bağlı tələb olunan kadr işləri;
      • Kadr inzibatçılığında tətbiq edilən hesabatlar və formalar. 


      Sertifikat:

          • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
          • Təlim dili:  Azərbaycan
          • Davamiyyət: 24 saat
          Bizimlə əlaqə