Texniki İqtisadi Əsaslandırma Təhlilləri (TİƏ)
Təlim Haqqında
TİƏ təhlilləri, müxtəlif baxımdan investisiyaların qiymətləndirilməsində istifadə edilə bilən effektiv analitik vasitədir. Bu təlim iştirakçılara texniki-iqtisadi əsaslandırmanın və layihənin qiymətləndirilməsinin müxtəlif aspektləri: iqtisadi, sosial, marketinq, ekoloji, maliyyə və s. baxımından biliklərini artırmağa kömək edəcəkdir. Bu tədqiqatlar, təklif olunan layihənin nəzəri şəkildə qurulmasından əvvəl məqsədəuyğunluğu ilə əlaqədardır. Təlim, layihələrin texniki
iqtisadi əsaslandırılması üçün elmi qaydalara, xüsusən də layihə ilə əlaqəli xərc və gəlirin təhlilinin əsaslarını əhatə edir. Təlimdə iştirak etməklə iştirakçılar layihənin qiymətləndirilməsi üsullarını, texniki-iqtisadi əsaslandırmaları və əlaqəli problemləri müəyyən edə biləcəklər. Təlimin tədris metodologiyası praktik məsələlər və nümunələrə əsaslanaraq həyata keçirilir.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Layihə əsasında texniki-iqtisadi əsaslandırma, bazar araşdırması hazırlamaq və təhlil etmək;
- Əhəmiyyətli dəlilləri müəyyənləşdirmək və müxtəlif fərziyyələri səmərəli araşdırmaq;
- Fikirləri sadə, təsirli, inandırıcı və obyektiv şəkildə təqdim etmək;
- Yerli xidmətlər, freelancing xidmətləri, e-ticarət, filial, öz brendi biznes və yeni startaplar kimi bizneslər üçün güclü biznes modelini yaratmaq.
Kimlər iştirak edə bilər?
- Layihələrin maliyyələşdirilməsinə ehtiyacı olan sahibkarlar və müəssisələr;
- E-ticarət, yerli biznes, filial biznesi, fərdi brend biznesi, startup, mobil tətbiqetmə, B2B biznesi, xidmət biznesi və ya bir və ya bir neçə şəxslər birgə iş qurmağa başlayan şəxslər.
Qeyd: Təlimdə iştirak etmək üçün biznes strategiyası, mühasibat uçotu və maliyyə menecmenti sahələrində biliyə sahib olmaq gərəkdir.
Əhatə ediləcək mövzular:
- Sənaye və bazar yerləri təhlili;
- Layihə təhlili
- Maliyyə Planı: Mənfəət və Zərərlərin proqnozu; Pul vəsaitlərinin hərəkətinin proqnozu; İnvestisiya qiymətləndirməsi; Nisbət təhlilləri;
- Risklərin qiymətləndirilməsi: Risk növlərini və onları azaltmağın yollarını müəyyənləşdirmək.
Sertifikat:
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim
dili: Azərbaycan
- Davamiyyət: 22 saat