Liderlik Bacarıqları
Təlim Haqqında
Liderin rolu komandanın ehtiyaclarını, istəklərini və qayğılarını yaxşı dərk etməkdən başlayır, bunun üçün əla dinləmə və anlama bacarıqlarına
sahib olmaq vacibdir. Ən əsası isə bütün tərəflərin mövcud dəyər anlayışlarını hərtərəfli anlamaqdan və uyğunlaşmaqdan başlayır. Beləliklə, bu, liderlik təliminin ayrılmaz hissəsidir, çünki digər insanlara rəhbərlik etmək və onları idarə etmək üçün ilk öncə özününü bir lider kimi dərk edə bilmə xüsusiyyətinə
sahib olmaq vacibdir.
Liderlik Bacarıqları təlimi müxtəlif şirkətlərdə rəhbər
vəzifələrdə çalışan işçilərin işlərində daha da uğurlu olmaq üçün özlərində
liderlik xüsusiyyətlərinin artırılmasına kömək edir. Şirkətlərin yüksək
rəhbərliyi, ümumiyyətlə, komandanın birgə imkanlarından istifadə edərək bir
təşkilat strategiyasının icrasına imkan yaradır. Bu təlim təşkilatlara
gələcəkdə idarəetmə vəzifələrini icra etmək potensialı olan işçiləri
hazırlamağa kömək edəcəkdir. Həmçinin yaxşı, ədalətli və əla liderləri də
fərqləndirə bilərlər.
Liderlik Bacarıqları təlimi müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışan işçilərin işlərində daha da uğurlu olmaq üçün özlərində liderlik xüsusiyyətlərinin artırılmasına kömək edir. Şirkətlərin yüksək rəhbərliyi, ümumiyyətlə, komandanın birgə imkanlarından istifadə edərək bir təşkilat strategiyasının icrasına imkan yaradır. Bu təlim təşkilatlara gələcəkdə idarəetmə vəzifələrini icra etmək potensialı olan işçiləri hazırlamağa kömək edəcəkdir. Həmçinin yaxşı, ədalətli və əla liderləri də fərqləndirə bilərlər.
Təlimin məqsədi
Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:
- Ehtiyac yarandıqda tətbiq edə bilmək üçün müxtəlif liderlik və davranış üsullarını və onların xüsusiyyətlərini bilmək;
- Özlərində liderlik xüsusiyyətlərini tanımaq;
- Ən ziddiyyətli və stresli vəziyyətlərdə liderlik etməyi bacarmaq;
- Peşəkar məqsədlərə çatmaq üçün səmimi, mehriban münasibətlər yaratmaq;
- Hər hansı bir vəziyyəti səmərəli şəkildə idarə etmək və şəxsi liderlik üslubunu təşkilati məqsədlər və ehtiyaclarla uyğunlaşdırmaq üçün ən uyğun rəhbərlik üslubunu tətbiq etmək;
- İdarəetmə və Liderliyi fərqləndirmək;
- Şəxslərarası və ünsiyyət bacarıqlarını artırmaq;
- Müdrik və operativ qərarlar qəbul etmək;
- İş yükünü səmərəli şəkildə idarə etmək;
- Ətrafda baş verən hadisələrə diqqət yetirmək üçün analitik bacarıq və qabiliyyət formalaşdırmaq;
- Komanda üzvlərini həvəsləndirə bilmək bacarığını artırmaq.
Kimlər iştirak edə bilər?
- Müxtəlif funksiyalar üzrə menecerlər, baş idarəçilər;
- Sürətli karyera yüksəlişi əldə etmək istəyən mütəxəssislər;
- Sahibkarlar, fərdi fəaliyyət ilə məşğul olan şəxslər;
- Şirkətlərdə əsas qərarverici şəxslər.
Sertifikat
- Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
- Təlim Dili: Azərbaycan
- Davamiyyət: 16 saat