Kouçinq Bacarıqları

Təlim Haqqında

Kouçinq, performansın artırılmasının ən təsirli üsullarından biridir. İnsanlara iş yerində öyrənməklə bacarıqlarını inkişaf etdirməyə kömək edən məqsədyönlü və xüsusi fəaliyyətləri əhatə edir. Yaxşı bir kouç yeni bacarıqları öyrənməyə can atan məhsuldar qrupları idarə edir və nəticədə təşkilatının xərc səmərəliliyini və ümumi iş effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Kouçinq bacarıqları təlimi müxtəlif iş yerlərində koçinq üzrə təlimlərin planlaşdırılması və həyata keçirilməsi üçün keçirilən idarəetmə təlimidir. Təlimdə iştirak edən şəxslər təlimdən əldə etdikləri faydalı və praktiki məlumatları gələcək iş həyatında tətbiq etmək şansı qazanacaqdır.

Təlimin məqsədi

Təlimi uğurla bitirən iştirakçılar aşağıda qeyd edilən biliklərə yiyələnəcəkdirlər:  

      • Kouçinqin nə olduğunu, onların kouç kimi rolunu və bunun maksimum dərəcədə artırılmasına necə kömək edə biləcəyini izah etmək;
      • Performans üçün kouçinqin əsas prinsiplərini tanıtmaq və əsas bacarıq və səriştələri inkişaf etdirmək;
      • İştirakçılara eyni zamanda həm kouç olmağın və həm də başqaları tərəfindən “kouçd” olmaq təcrübəsini göstərmək;
      • Fərdi və biznes ehtiyaclarına cavab verən bir kouçinq tərzi inkişaf etdirmək;
      • Öyrənmək və inkişaf yolunda olan maneələri və onları necə aradan qaldırmağı müəyyənləşdirmək;
      • Müsbət dəyişikliyi təşviq edəcək bir şəkildə effektiv rəy vermək;
      • Bir sıra hallarda bəzi kouçinq texnikalarından istifadə etmək.


      Kimlər işirak edə bilər?

      Təlim başqa insanların fəaliyyətini idarə etmək yaxud onların fəaliyyətinə  təsir göstərə biləcək bir vəzifəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

      Sertifikat

      • Təlim bitdikdən sonra iştirakçılar Baker Tilly Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
      • Təlim Dili:  Azərbaycan
      • Davamiyyət: 12 saat


      Bizimlə əlaqə