Pərvin Abbasov , ACCA
Pərvin Abbasov bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad
Universitetində “Mühasibatlıq və Audit”, magistr təhsilini isə eyni sahə üzrə
Sumqayıt Dövlət Universitetində almışdır.
Ümumilikdə mühasibatlıq və vergi işləri sahəsində 6 illik peşəkar iş
təcrübəsinə sahib olan Pərvin Abbasov “Akkord Şirkətlər Qrupu“, “Qazax Sement
zavodu”, “Detal Aliminium MMC”, “Nep Future MMC” kimi müxtəlif müəssisələrdə
mühasib və baş mühasib kimi vəzifələrdə çalışmışdır. Hal-hazırda “Baker Tilly”
Audit və Konsaltinq şirkətində Baş Vergi Mütəxəssisi vəzifəsində çalışan Pərvin
Abbasov eyni zamanda da AR Maliyyə nazirliyinin təlim tədris mərkəzində və
“Baker Tilly Academy”-də mühasibatlıq və vergi sahəsi üzrə müxtəlif təlimlər
üzrə təlimçi kimi fəaliyyət göstərir.
Təlimçi hal-hazırda ACCA kvalifikasiyasının fundamental modulları üzrə
sertifikata sahibdir və peşəkar modulları üzrə də imatahana hazırlaşır.