Ramil Bədəlov , ACCA
Ramil Bədəlov 2008-ci ildə Xəzər Universitetini Mühasibatlıq və Audit
ixtisası üzrə bitirmişdir. 10 ildən çox peşəkar audit təcrübəsinə sahibdir.
Karyerasına Moore Stephens-də audit mütəxəssisi kimi başlayan Ramil Bədəlov,
hal-hazırda beynəlxalq miqyasda ən böyük 10 audit şirkətləri siyahısına daxil
olan Baker Tilly şirkətində Audit üzrə Baş Menecer vəzifəsində çalışır. IFRS,
US-GAAP, ISA, IAS standartları üzrə dərin biliklərə malikdir.
Peşəkar audit
karyerası ilə yanaşı, Ramil Bədəlov 5 ildən çoxdur ki, ACCA kvalifikasiyasının
müxtəlif modulları üzrə (FA, MA, PM, FR) təlimçi kimi də fəaliyyət göstərir.