İlham Əfəndiyev , Təcrübəli Satış və Müştəri Xidmətli üzrə Təlimçi

İham Əfəndiyev telekommunikasiya, idman, aviasiya, konsaltinq, inşaat, biznesin inkişafı, marketinq və satış sahələrində 20 ildən artıq təcrübəyə malik dərin təcrübəli və bacarıqlı bir mütəxəssisdir. Yeni biznesin yaradılması, layihə menecmenti, biznesə innovativ texnologiyaların tətbiqi, potensial satış kanallarının axtarışı, mövcud satışların artırılması və təşkilatı xərclərin optimallaşdırılması yönümündə yüksək bacarıq qabiliyyətinə sahib olmaqla yanaşı sürətli satış artımına və əməliyyat səmərəliliyinə rekord bir zamanda nail ola bilən bir şəxs kimi tanınır. Mükəmməl ünsiyyət, analitik və problem həll etmə bacarığna sahib olan təlimçi keçmişdə müxtəlif böyük şirkətlərə -Bakcell, Azərbaycan Hava Yolları, TIMWE, Bakı 2015 Oyunları, Veyseloğlu Qrupu, Bakı Şəhər Dairəsi, Toyota , Ecobox və s. təlim və konsalting xidmətləri göstərmişdir. Təlimçi kimi fəaliyyət göstərdiyi əas sahələr aşağıda qeyd edilmişdir:

  • Biznesin inkişafı Strateji;
  • Planlaşdırma və Təhlil;
  • Müştəri Xidmətləri Strategiyası;
  • Satış və marketinq planlaşdırması;
  • Bazar araşdırması;
  • Komandanın qurulması və liderlik;
  • Gəlir və mənfəət artımı;
  • Layihələrin idarə edilməsi;
  • Koçing və İnkişaf.

WHATSAPP