Fərman Əliyev , ACCA
Peşəkar Təlimçi Fərman Əliyev bakalavr təhsilini ADİU Maliyyə üzrə,
magistratura təhsilini isə İngiltərənin Leincester universitetində almışdır.
Ümumilikdə 10 illik peşəkar karyeraya malik təlimçi karyerasına Clean City Company
MMC-də mühasib olaraq başlamışdır. 2014-cü ildən isə SOCAR şirkətində Maliyyə
Modelləri departamentində maliyyəçi olaraq fəaliyyətə başlamışdır.Hal-hazırda
isə həmin şirkətdə Büdcə Departamentində Aparıcı Maliyyə mütəxəssisi vəzifəsində
çalışır. Təlimçilik fəaliyyətindən əlavə Fərman müəllim pedoqoji fəaliyyətlə də
məşğuldur. O, UNEC universitetində müəllim olaraq fəaliyyət göstərir. Peşəkar
karyera ilə bərabər Fərman Əliyev daima öz üzərində çalışmışdır və müxtəlif
ixtisasartırma təlimlərində iştirak etmişdir. Təlimçi ACCA Advanced Diploma in
Accounting & Business beynəlxalq sertifikatına sahibdir.