Nizami Əbdüləzimov , Təcrübəli 1C Mühasibatlıq Proqramı üzrə Təlimçi
Nizami Əbdüləzimov 20 illik
peşəkar iş təcrübəsinə malik Proqram Mühəndisidir. Geniş fəaliyyət sahələrində
müxtəlif səviyyələrdə çalışan bütün əməkdaşların proqram tələblərini anlama
xüsusiyyətinə malik olaraq proqram layihələrin müxtəlif fazalarında tələbat təhlilindən
dəstək mərhələsinə kimi layihəni idarə edə bilir.
O bakalavr təhsilini Moskva Elektronika Texnologiya İnstitutunda “Fizika və
Texnologiya” sahəsinə almışdır. Təhsilini
bitirdikdən sonra uzun bir müddət Moskva şəhərində müxtəlif şirkətlərdə “Planlama Mühəndisi”, “Freelance Proqramçı”,
“Sistem Administratoru”, “İT Manager” və “İT Direktor” vəzifələrində
çalışmışdır.
Nizami Əbdüləzimov Azərbaycana qayıtdıqdan sonra “Egosoft” MMC şirkətini
yaradaraq ölkədə biznes proqramlarının hazırlanması və tətbiqi üçün xidmətlər
göstərməyə başlamışdır. O “Performance Center”, “Optimal Electronics”,
“Hidromek”, “Group Motors”, “DNS Computers”, “Debenhams Azerbaijan”, “Connect”,
“Collezione İtalia”, “Binə Aqro”, “Bertling Logistics”, “British American
Tobacco”, “Azmeco”, “Ateshgah Sigorta”, “AA Services” kimi şirkətlərdə “Retail Solution”, “HRM System”, “Accounting
Software”,
“1C Sap İntegration”, “HRM Solution”, “ERP Solution”, SCM Solution”,
“Accounting Software İmplementation” və s.
Layihələri həyata keçirmişdir. Nizami Əbdüləzimov eyni zamanda 10 ilə yaxındır
ki, 1C Mühasibatlıq proqramının istifadəsi sahəsində təlimçilik fəaliyyətilə məşğul
olur və bu günə qədər yüzlərlə insanların 1C Mühasibatlıq proqramını öyrənməsində
və iş mühitində tətbiqində böyük rolu olmuşdur.