Urfan Atakişiyev , ACCA, CIA

Urfan Atakişiyev, hal-hazırda audit komandasına rəhbərlik edir və yüksək təşkilatçılıq bacarıqlarına malikdir, eləcə də nəticə və detal yönümlüdür. Eyni zamanda sənaye sahəsində supervayzer olaraq 2 illik iş təcrübəsinə və müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərə kənar audit xidmətlərinin göstərilməsi üzrə də 4 illik iş təcrübəsinə malikdir. O həmçinin “PwC Azerbaiajn” Akademiyasında da təlimçi olaraq da fəaliyyət göstərmişdir.

Urfan Atakişiyev layihələrin mühitindən asılı olaraq, həm müstəqil, həm də komanda ilə işləmək bacarığına malikdir və tapşırıqların vaxtlı-vaxtında, həm də effektiv şəkildə tamamlanması üçün daim səylə çalışır. Davamlı olaraq öyrənmə və özünü inkişaf (CİA, ACCA), texniki, eləcə də mövcud idarəetmə bacarıqlarının zənginləşdirilməsi üçün çalışan Urfan bəy komanda üzvlərinin öyrənməsini və onların inkişafını dəstəkləyən həvəsli bir rəhbərdir. O həmçinin bütün səviyyələrdə həmkarları və müştəriləri ilə audit məsələləri və təkmilləşdirici tədbirlər barədə məlumat vermək bacarığına malikdir.

Peşəkar təcrübə:

  • Audit qrupunun rəhbəri | SOCAR Polymer: 11/2017 – Hal-hazırda işləyir;
  • Baş Audit Məsləhətçisi 2 | PwC Azərbaycan: 01 / 2013-11 / 2017.

Təhsil və Kvalifikasiya:

  • Daxili Auditorlar İnstitutu: CIA 1-ci hissə və 2-ci hissə;
  • ACCA: AB, MA, FA, CBL, FR, AA;
  • Azərbaycan Dövlət İqtisad Universiteti: Xüsusi İstedadlar Qrupunun bakalavr dərəcəsi üzvü.

WHATSAPP