Ağarza Əliyev , Təcrübəli MS Office Təlimçisi
Microsoft
Ofis proqramlarının peşəkar təlimçisi, proqramçısı və sertifikatlı mütəxəssisidir.
O, həmçinin, məlumat bazalarının, masaüstü proqramların Visual Basic ilə yaradılması
və idarə edilməsi üzrə AIC Group (Microsoft kvalifikasiyalı partnyor) tərəfindən
kvalifikasiya almış mütəxəssisdir. O, Azərbaycan Kibernetika institutunda
kompyuter əsaslı biliklər ixtisası üzrə və Kievdə Ukrayna Respublikasının
Kibernetika mərkəzində intelektual məlumat bazaları fakültəsində təhsil
almışdır. Ağarza Əliyev proqramçı, müəllim, təlimçi kimi Kibernetika
İnstitutunda, Norveç qaçqın konsulluğunda, Buta Uşaq Humanitar Fondunda, “AIC
Group” Microsoft kvalifikasiyalı texniki təhsil mərkəzində və “KCADEUTAG”-də 30
ildən çox təcrübəsi vardır.
Ümumilikdə MS Office proqramları üzrə 15 illik professional təlimçilik təcrübəsinə sahib olan Ağarza Əliyev Microsoft şirkəti tərəfindən verilən aşağıda qeyd edilən sertifikatlara sahibdir:
·
Microsoft Office Specialist (Access-2000);
·
Microsoft Office Specialist (Excel-2003);
·
Microsoft Office Specialist (full master 2007) Access, Excel,
Outlook, Word, PowerPoint;
·
Creation and administration Data Bases, Desktop application with
Visual Basic.