Anar Həsənov , Satış və Yumşaq Bacarıqlar üzrə Təcrübəli Təlimçi

1.      Anar Həsənov təlimçi kimi 2010-cu ildən Parabankda, VRC Consulting, Baku Business Schoolda fəaliyyətə başlamışdır. İlk öncə bank üçün daxili təlim paketləri və təlimçi bazası yaratmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr deyir. 2014-cü ildən “ASAN xidmət”in insan resursları və təlim şöbəsində fəaliyyət göstərərək qurumun 2000-dən çox əməkdaşının təlim və inkişafının təmin edilməsində iştirak etmişdir. 2016-2017-ci illər ərzində “ASAN Radio”da təlimçi –ekspert kimi fəaliyyət göstərmişdir. Motivasiya dəqiqələri adı altında vətəndaşların radio üzərindən maarifləndirilməsində iştirak etmişdir. 2017-ci ilin noyabr ayından 2019-cu ilin may ayına qədər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasınən Təlim və Maarifləndirmə Mərkəzinin direktoru vəzifəsində çalışmış və Azərbaycanda, Ukraynada onlarla şirkət və dövlət müəssisələrində təlimlər həyata keçirmişdir. Qazaxıstanda yerləşən və 46 ölkəni üzv olaraq özündə birləşdirən Astanada Dövlət Qulluğu üzrə Regional Habın eksperti və Beynəlxalq Fasilitatorlar Assosiasiyasının üzvüdür. 100-dən artıq bank, BOKT, sığorta şirkətləri və digər özəl şirkətlər və dövlət qurumları üçün təlimlər həyata keçirmişdir.

 

Təhsil:

  • 2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Bakalavr, Magistratura və Doktorantura);
  • Təlimçilər üçün təlimlər, Müştərilərlə əlaqələrin idarə edilməsi (CRM), İşgüzar etiket sertifikasiya proqramları;
  • Fransa, Türkiyə, Ukrayna, Rusiya, Belorusiya, Qazaxıstanda müxtəlif təlimlərdə iştriak etmişdir.


 Əsas təlim istiqamətləri:

  • CRM - Müştəri əlaqələrinin idarə edilməsi;
  • Satış bacarıqları;
  • Təlimçilər üçün təlim;
  • Çağrı mərkəzi üçün təlimlər;
  • Çətin müştərilərlərlə iş;
  • İşgüzar etiket və protokol qaydaları;
  • İşgüzar yazışma;
  • Vaxtın idarə edilməsi;
  • Bədən dili;
  • Ünsiyyət bacarıqları;
  • İctimai çıxışlar;
  • Təqdimat bacarıqları;
  • İnsan resurslarının idarə edilməsi;
  • Təşkilati davranış;
  • Komanda işinin təşkili.

WHATSAPP