Təranə Qurbanova , Assoc. CIPD
Təranə Qurbanova İnsan Resursları sahəsində peşəkar karyerasına 2007-ci ildə TİD
Konsaltinq şirkətində İR meneceri/Əmək Haqqının Hesablanması üzrə mütəxəssis
kimi başlamışdır. 2009-cu ildən etibarən isə həmin şirkətdə İnsan Resursları
Departamentinin meneceri kimi fəaliyyətinə davam etmişdir. Ümumilikdə 13 ilə
yaxın İR sahəsində çalışan Təranə Qurbanova müxtəlif sahələrdə fəaliyyət göstərən
şirkət və istehsal müəssisələrində insan resurslarının idarəedilməsinin
planlaması, qurulması, insan resursları üzrə auditin təşkili, insan resursları
sahəsində sənədləşmənin yoxlanılması, işçilərin əmək qanunvericiliyinə uyğun
olaraq əmək haqlarının hesablanması və İR sahəsinə aid digər mövzularda dərin təcrübəsi
mövcuddur. Fəaliyyət dövrü ərzində Təranə Qurbanova əməkdaşlıq etdiyi şirkətlərdə
eyni zamanda daxili təlimlər də həyata keçirmişdir.
Hal-hazırda “Chartered Institute of Personnel and Development” tərəfindən verilən “Associate professional member of CIPD” sertifikatına sahib olan Təranə xanım İnsan Resurslarının İdarəedilməsi, Əmək Məcəlləsi və Kadr Karguzarlığı sahəsində müxtəlif təlimlər həyata keçirir.