PMP İmtahanı 2 Yanvar 2021-də dəyişir
PMI® PMP imtahanının 2021-ci ildə dəyişəcəyini açıqlamışdır.
PMI-ın Böhrana Nəzarət Qrupu COVID-19-dan irəli gələn vəziyyəti müşahidə edərək
mövcud PMP imtahanına girişin 31 dekabr 2020-ci il tarixinədək uzadılmasına qərar
vermişdir və yeni imtahanın başlama tarixini də 2 yanvar 2021-ci il tarixinə təxirə
salmışdır. Bu qərar, imtahanda iştirak edəcək şəxslərə geniş resursrlardan
istifadə edərək imtahana daha da yaxşı hazırlaşmaq üçün əlavə vaxt
qazandıracaqdır.
İlk olaraq, yerinə yetiriləcək tapşırıqların sayı 42-dən 35-ə
endiriləcəkdir. Bununla birlikdə PMP imtahanı “PMBOK Guide Sixth Edition”-a
istinad etməyə davam edəcəkdir və bu səbəbdən məzmun dəyişməz olaraq qalır. Lakin,
PMI-ın PMP imtahanındakı iştirakçıları qiymətləndirmə üsulları dəyişəcəkdir.
Mövcud PMP imtahan məzmunu, layihənin həyat dövrü mərhələləri
(yəni Başlama, Planlaşdırma, İcra, İzləmə və Nəzarət və Bağlama) olan beş sahəyə
diqqət yetirsə də, yeni PMP imtahan məzmunu üç istiqamətə yönələcəkdir:
İnsanlar (42%) , Proses (% 50) və İş Mühiti (% 8).
Mövcud layihə idarəetmə işlərində PMI tərəfindən aparılan
araşdırmaya əsasən, bugünkü layihə idarəçiləri müxtəlif layihə mühitlərində işləyir
və fərqli layihə yanaşmalarından istifadə edirlər. Müvafiq olaraq, PMP
sertifikasiya imtahanı da bunu özündə əks etdirəcəkdir. İmtahanın təqribən
yarısı proqnozlaşdırıcı layihə idarəetmə yanaşmalarını, digər yarısı çevik və
ya hibrid yanaşmaları əhatə edəcəkdir. Proqnozlaşdırıcı, çevik və hibrid
yanaşmalar yuxarıda sadalanan üç əsas istiqamətlərin tərkibində qeyd edilmişdir
və hər hansı bir sahə və ya tapşırıqda əks olunmamışdır.