Tuesday, June 23, 2020

"İqlim Dəyişikliyi və İqtisadi Fəaliyyətlərə Təsiri: Problemlər və İmkanlar" mövzusunda seminar

Baker Tilly Akademiyası İqlim Dəyişikliyi və Davamlılıq üzrə mütəxəssislər Tomris Bayramova və Şahane Bilalovanın təqdimatında "İqlim Dəyişikliyi və İqtisadi Fəaliyyətlərə Təsiri: Problemlər və İmkanlar" mövzusunda seminar təşkil etmişdir. Seminarın mövzusu qlobal miqyasda və Azərbaycanda iqlim dəyişikliyi haqqında ümumi məlumat, iqlim dəyişikliyinin qarşısının alınması üçün dövlətimizin müəyyən etdiyi tədbirlər, iqlim dəyişikliyinə səbəb olan əsas amillər, iqlim dəyişikliyinin nəticələri, alternativ və bərpa edilə bilən istifadə enerji mənbələri, iqlim dəyişikliyinin qarşısının alınması yolları və s. olmuşdur. Hər bir şəxs üçün mühüm önəm və maraq kəsb edən bir mövzuya toxunduqları və ətraf mühitin və biomüxtəlifliyin qorunmasının vacibliyini xatırladan moderatorlarımıza xüsusi təşəkkürlərimizi bildiririk.

WHATSAPP