Tuesday, June 23, 2020

"Agile və Scrum" mövzuları üzrə seminar

Baker Tilly Akademiyası Bakı Mühəndislik Universiteti ilə birlikdə DevOps & Scrum Məsləhətçisi, Scrumorg Professional Scrum Təlimçisi və Microsoft MVP: İnkişaf Vasitələri və Azure DevOps üzrə peşəkar mütəxəssis Martin Hinshelwood-un təqdimatında "Agile və Scrum texnikaları" mövzusunda seminat təşkil etmişdir. Scrum Google, IBM, Microsoft, Facebook, SAP, HP və s. kimi texnologiya nəhənglərinin gündəlik iş proseslərində istifadə olunan nisbətən yeni bir layihə idarəetmə metodologiyası və çərçivəsidir. İştirakçılar üçün scrum idarəetmə ilə əlaqəli nəzəriyyə, prinsiplər, scrum çərçivəsi, taylorizm və digər anlayışları öyrənmək olduqca maraqlı oldu. Seminar zamanı çevik və fərdi motivasiyanın təməlindəki əsas anlayışlara "Autonomy, Mastery and Purpose" xüsusi diqqət yetirildi. Olduqca maraqlı və interaktiv seminar keçirdiyinə və öz dərin bilik və təcrübəsini bizimlə paylaşdığına görə Martin Hinshelwood-a xüsusi təşəkkürümüzü bildiririk.

WHATSAPP