Vadim Boqdanovun Təqdimatında "Uğurlu Layihələrin Sirləri" Mövzusunda Seminar
Vadim Bogdanov tərəfindən keçirilən "Uğurlu Layihələrin sirləri" seminarının həmtəsisçilərindən biri olan Baker Tilly Akademiyası bu maraqlı tədbirdə qonaqlarımızı qəbul etməkdən məmnun oldu. Vadim Boqdanov Layihə İdarəetmə Mütəxəssisi, layihə ofislərinin inşası üzrə məsləhətçi, Rusiyanın ən titullu layihə meneceridir. Seminar zamanı o, yaxşı layihə idarəetmə bacarıqlarına sahib olmaqdan əlavə, uğurlu menecerlərin layihələrin sistemləşdirilməsinə kömək edəcək düzgün strategiya və prosedurları öyrənməyin vacibliyini bildirdi. Bir sıra layihələrin və büdcələrinin artması müsbət bir haldır və "Buna görə menecer müəyyən bir layihə üçün düzgün strategiya seçməlidir" fikrini Vadim bəy seminar zamanı vurğulamışdır. Ümid edirik ki, bütün iştirakçılar tədbirdən zövq aldılar və layihə idarəetmə sahəsində iştirak edən digər insanlarla əlaqə qurma şanslarına sahib oldular.